Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib
# 25 iyun 2024 10:19 (UTC +04:00)

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

Təhsil İnstitutundan APA-ya verilən xəbərə görə, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR