Bank Of Baku

Naxçıvanda 6 məktəb direktoru vəzifəsindən azad olunub

Naxçıvanda 6 məktəb direktoru vəzifəsindən azad olunub
# 25 sentyabr 2024 14:39 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında 6 tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbin direktoru Xəzəngül Orucova və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Gülxarə Tarverdiyeva vəzifələrindən azad olunublar.
Həmçinin Ordubad rayon Unus kənd tam orta məktəbin direktor müavini Ramil Nəbiyev də seçkilərdə deputat seçildiyi üçün vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR