Nazir bir neçə ildir kənd məktəblərində iki min vakansiyanın seçilməməsinə münasibət bildirib

Nazir bir neçə ildir kənd məktəblərində iki min vakansiyanın seçilməməsinə münasibət bildirib
# 10 sentyabr 2024 13:34 (UTC +04:00)

“Kənd yerlərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var. Bu, əsasən, təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır. Məsələn, ibtidai sinif müəllimliyi və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, burada iki məqam var ki, onlardan biri fundamental problemdir: “Daha kiçik, məsələn, ibtidai məktəblərdə az, bəzən cəmi 2-4 sinif olur. Belə olan halda musiqi dərsi cəmi 4 saat olur. Müəllimin oraya getməsi texniki olaraq mümkün deyil. Çünki 4 saatın əməkhaqqısı çox aşağı olur. Yaxud 9 illik məktəblərdə toplasanız, bir müəllimin 9-12 saat dərsi olur ki, əgər həmin kənddə yaşayan adam deyilsə dərsə getmir”.

Nazir əlavə edib ki, əsas səbəb bunlardır: “Buna görə də biz bir daha təhsilin strukturuna baxmalıyıq. Bilməliyik ki, nələr səmərəlidir, nələr yox. Burada obyektiv səbəblər var. Bunun müəllim çatışmazlığı ilə əlaqəsi yoxdur. Gördünüz ki, bu il yenidən 50 mindən çox insan müəllim olmaq istəyir. Onlar kifayət qədər bacarıqlı, savadlı gənclərdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR