Nazir: Biz ən yaxşı halda mütəxəssis hazırlaya bilirik, tədqiqatçı yox

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 23 may 2024 10:47 (UTC +04:00)

Təhsil, təqaüd maliyyəsi hesabına universitetlərdə elmi tədqiqat işlərinii maliyyələşdirmək olduqca çətindir.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.

“Biz ən yaxşı halda mütəxəssis hazırlaya bilirik, tədqiqatçı yox. Bugünkü göstərici odur ki, Azərbaycanda ali təhsil müəssisələrində elmli tədqiqat kompanenti aşağıdır. Müsbət dinamika var və bu bizim üçün çox önəmlidir”.

Nazir əlavə edib ki, bu qədər çox sayda elmi tədqiqat institutlarının olması ölçmə baxımından geri qalmaq deməkdir:

“Azərbaycanda 130-dan çox elmi tədqiqat institutu var. Amma misal olaraq, Böyük Britaniyada 28 milli laboratoriya var. Bu özü-özlüyündə elmə olan münasibəti göstərən rəqəmdir. Elmimizin 100-dən artıq kiçik institutlara bölünməsi sonda çoxlu sayda kiçik və dünyada ölçülən zaman böyük qurumlarla müqayisə edilməyəcək dərəcəyə düşür. İnteraktivliyi təmin etməliyik. Anlamalıyıq ki, müəllimlərimiz təhsil alanda digər peşələrdən kənarda olanda uzunmüddətli vədədə ən yaxşı halda çox istisaslaşmış mütəxəssis hazırlaya bilərik, tədqiqatçı hazırlaya bilmərik. Bu da hər hansı şəxsin fikri yox, reallığın tələbidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR