Nazir: Riyaziyyat müəllimlərinin məsələ həlli ilə bağlı təkmilləşmələrinə ehtiyac var

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 27 iyun 2024 15:23 (UTC +04:00)

Riyaziyyat müəllimlərinin məsələ həlli ilə bağlı təkmilləşmələrinə ehtiyac var.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə söyləyib.

Nazir deyib ki, xarici dil və Azərbaycan dili üzrə oxu bacarıqlarının təkmilləşdirilməsinə də ehtiyac var:

"Gələcəkdə müəllimlərin daha çox oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsinə diqqət göstəriləcək".

Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırma imtahanınlarının nəticələrinə görə, problemlər daha çox ibtidai sinif fənni üzrə nəzərə çarpır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR