Bank Of Baku

Nazir: Süni intellektdən yaxşı istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 05 oktyabr 2026 10:58 (UTC +04:00)

"Süni intellektin Azərbaycan təhsilində hansı rolu daşımalı olduğu və təhsilə necə təsir edəcəyi müzakirə olunmalıdır. Bugünkü mövzulardan biri də süni intellektlə bağlıdır. Bu, ən mübahisəli və qeyri-müəyyən mövzulardan biridir".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Daha təhsilli gələcək” devizi ilə keçirilən Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.

Nazir bildirib ki, süni intelektin müəllimi əvəz etməsi fikri bayağıdır:

"Süni intellekt artıq reallıqdır. Biz bunu dana bilmərik. Süni intellektdən necə istifadə edib, necə faydalanıb qabağa gedə bilərik – bizim əsas düşüncəmiz budur”.

O qeyd edib ki, süni intellekt qiymətləndirmə məsələsində də kömək edə bilər:

“Süni intellektdən yaxşı istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər. Bu zaman daha obyektiv qiymətləndirmə ola bilər. Eyni zamanda, bu, prosesi sürətləndirməyə gətirib çıxara bilər. Buna görə də düşünürəm ki, süni intellekt bu baxımdan bizə xüsusi imkanlar yaradacaq. Amma bunun üçün ondan istifadə etməyi öyrənməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR