Nazir: Yeni tədris ilində 150 müəllim metodik nəzarətə cəlb ediləcək

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 27 iyun 2024 15:37 (UTC +04:00)

Sertifikatlaşdırmanın nəticəsi olaraq biz artıq ibtidai sinif, Azərbaycan və xarici dil üzrə müəllimlərin biliklərinin hansı səviyyədə olduğunu müəyyən edə bilmişik.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, artıq həmin fənlər üzrə yeni tədris ilində sinifə daxil olan müəllimlərin ən azından minimal biliyə sahib olduğunu demək olar.

"Yeni tədris ilində 150 müəllim metodik nəzarətə cəlb ediləcək", - deyə nazir qeyd edib.

O, sertifikatlaşdırma imtahanının təhsilin irəli getməsi üçün təkan verəcəyinə ümidini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR