Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub
# 21 iyun 2024 10:49 (UTC +04:00)

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub.

APA xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qarabağ Universitetində musiqişünaslıq, pianino, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 07 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://shorturl.at/sB6Xc

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR