Bank Of Baku

Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov

© APA | Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov

# 11 sentyabr 2026 10:46 (UTC +04:00)

Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq.

APA xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O bildirib ki, ötən tədris ilində Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb: "Yeni tədris ilindən bu ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur.

Ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur".

Eşqi Bağırov qeyd edib ki, son aylarda 1000 təhsil müəssisəsində təmir işləri aparılıb. Bu isə təxminən 550 min şagirdin təhsil mühitinin yaxşılaşdırılması deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR