Son zənglə bağlı neqativ hallar aşkarlanıb

Son zənglə bağlı neqativ hallar aşkarlanıb
# 21 iyun 2024 10:50 (UTC +04:00)

Son zənglə bağlı neqativ hallar aşkarlanıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, nəticələrlə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

"Son zəng tədbirlərindən sonra edilən bütün müraciətlər emal olunub. Bəzi rayon və şəhər məktəblərindən müraciətlər daxil olub. Aidiyyəti şəxslərlə bağlı ölçü götürüləcək. Çünki məktəblərə öncədən tədbirin həm inzibati, həm də bədii hissəsi ilə bağlı təlimatlar verilmişdi. Təəssüf ki, bəzi hallarda bu tələblər pozulub" - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR