Təxminən 35 faiz müəllim növbəti tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 27 iyun 2024 15:25 (UTC +04:00)

Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Həmçinin elm və təhsil naziri bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.

Nazir, həmçinin əlavə edib ki, 2024-2025-ci tədris ilində 30.286 müəllim 500 manata qədər, 56.195 nəfər 500-1000, 35.909 nəfər 1000-1500 manat, 9000 nəfər 1500-2000 manat, 957 nəfər isə 2000 manat və daha artıq əməkhaqqı alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR