Bank Of Baku

Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək

Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov

© APA | Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov

# 15 aprel 2026 11:07 (UTC +04:00)

"Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul prosesində ilk dəfə olaraq süni intellekt alətlərindən istifadə ediləcək".

APA xəbər verir ki, bunu “2022-2028-ci illər üçün Dövlət Proqramına” sənəd qəbulu ilə bağlı jurnalistlərə açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib.

O qeyd edib ki, bu, qəbul prosesinin şəffaflığını və qəbulun düzgün həyata keçirilməsini təmin etmək üçün müsbət bir addım olacaq:

“Çünki sənədlərin işlənməsi vaxt aparır, bu səbəbdən müasir alətlərdən istifadə edilməsi prosesi daha effektiv və sürətli edəcək”, - o bildirib.

Qədir Xəlilov qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 33 ölkənin 230-dan çox universitetinin 4000-dən artıq proqramı əhatə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR