Bank Of Baku

Yüksək bal toplayan bəzi namizədlərin xaricdə təhsilə cəlb edilməməsinə aydınlıq gətirilib

Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov

© APA | Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov

# 15 aprel 2026 11:22 (UTC +04:00)

Ötən il yüksək bal toplamasına baxmayaraq, Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil ala bilməyən şəxslərlə bağlı məsələyə aydınlıq gətirilib.

Dövlət Proqramının İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov APA-nın sualına cavab olaraq bildirib ki, əsas məqsəd yüksək göstəricilərə malik olan şəxslərin bu proqramdan faydalanmasıdır.

O qeyd edib ki, yüksək göstəriciləri olan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar, hər iki mərhələdən müvəffəqiyyətlə keçənlərin göstəriciləri eyni olarsa, o zaman onların ümumi kriteriyalar üzrə göstəriciləri dəyərləndirilir və yüksəkdən aşağıya doğru sıralama aparılır.

“Ötən illərdə bəzi gənclərin yüksək bal toplamasına baxmayaraq, Dövlət Proqramı üzrə xaricdə təhsilə cəlb edilməməsi buna görə baş verib. Bu proqramın qaydalarında xüsusi göstərişlər mövcuddur”, - layihə rəhbəri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR