AZAL Təl-Əvivdən Nyu-Yorka uçuşlar həyata keçirəcək

AZAL Təl-Əvivdən Nyu-Yorka uçuşlar həyata keçirəcək
# 19 aprel 2016 07:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin aprelin 24-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin paytaxtı Təl-Əvivdən Nyu-Yorka uçuşlara başlayır.

"APA-Economics" xəbər verir ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək. Uçuşların birbaşa deyil, Bakının Heydər Əliyev adına beynəlxalq hava limanında 2 saat dayandıqdan sonra yerinə yetirilməsi planlaşdırılır.

Biletlərin qiyməti 700 ABŞ dollarından etibarən başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR