İyulun 13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək

İyulun 13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək
# 07 iyul 2016 11:52 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İyulun 13-də Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçiridiyi brifinq zamanı bildirib.

Qazaxıstan XİN-in mətbuat xidmətinin məlumatına əsasən görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması, Xəzərdə əməkdaşlığın müxtəlif istiqamətləri, habelə Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə ediləcək.

Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə mətbuat konfranısnın keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR