Azərbaycanda şagirdin davamiyyətsizliyinə görə valideyn məsuliyyəti ləğv edilir

Azərbaycanda şagirdin davamiyyətsizliyinə görə valideyn məsuliyyəti ləğv edilir
# 08 aprel 2016 15:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda övladının məktəbdə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi cəzası ləğv edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi barədə qanun layihəsi hazırlanıb.

Layihəyə əsasən, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə , valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir” məzmunlu bənd ləğv edilir.

Layihə Milli Məclisin aprelin 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR