İstanbul Böyükşəhər Bələdiyyəsində polislə hərbçilər arasında qarşıdurma yaranıb

İstanbul Böyükşəhər Bələdiyyəsində polislə hərbçilər arasında qarşıdurma yaranıb
# 16 iyul 2016 05:04 (UTC +04:00)

Bakı-APA. İstanbul Böyükşəhər Bələdiyyəsində polislə hərbçilər arasında qarşıdurma yaranıb.

APA-nın Türkiyənin "Hürriyyet" qəzetinin məlumatına görə, polislərin "təslim ol" çağırışına hərbçilər atəşlə cavab veriblər.

Polislərə plastik mərmi və qaz bombası atılıb.

Hadisə yerində xeyli sayda yaralı olduğu bildirilir.

Türkiyənin Haber A kanalı isə İstanbuldakı TRT binasında hərbçilərlə polis arasında qarşıdurma olması barədə məlumat verib. Məlumata görə, əsgərlər binaya daxil olmaq istəyən polislərə qaz bombası atıblar.

Kanal 10 çevrilişçi əsgərin zərərsizləşdirdiyi barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR