Səhiyyə Nazirliyi: Azərbaycan hemofiliyalı xəstələri dərmanla təmin edən azsaylı ölkələr sırasındadır

Səhiyyə Nazirliyi: Azərbaycan hemofiliyalı xəstələri dərmanla təmin edən azsaylı ölkələr sırasındadır
# 03 may 2016 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan hemofiliyalı xəstələri dərman preparatları ilə təmin edən 20% ölkələr sırasındadır.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Hemofiliya mövzusuna dair keçirilən dəyirmi masada bildirib. O deyib ki, bu gün dünyanın 80% ölkəsində bu cür xəstələr lazımi dərman vasitələri ilə təmin olunmurlar. Yalnız 20 faiz ölkələrin hemofiliyalı xəstələri dərmanla təmin etdiyini söyləyən Ç. Əsədov qeyd edib ki, Azərbaycan da bu ölkələr sırasına daxil olub: “Hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük cərrahi əməliyyatlar həyata keçirilir. 2005-ci ildə Azərbaycanda Hemofiliyaya dair Dövlət Proqramı qəbul edilib. Bu proqram 5 illikdir və hazırda 3-cü 5 illik dövlət proqramının icrasına başlanıb. Dövlət proqramı qəbul olunmadan öncə xəstəliyin müalicəsi sahəsində vəziyyət acınacaqlı idi, müəyyən çətinliklər vardı. Lakin proqramın icrasından sonra bu sahədə vəziyyət yaxşılaşıb, hemofiliyalı xəstələrin müalicəsi bahalı olsa da, dövlət tərəfindən onların bütün ehtiyacları ödənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR