Ulyanovskda azərbaycanlının evini yandıran şəxs sabiq polis əməkdaşıdır

Ulyanovskda azərbaycanlının evini yandıran şəxs sabiq polis əməkdaşıdır
# 28 yanvar 2016 22:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlının evinə "molotov kokteyli" atan şəxs yaxalanıb. APA-nın Rusiya bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qəddar cinayəti törətməkdə təqsirli bilinən Dmitri. E. adlı şəxs tutulub.

Onun barəsində "Qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Saxlanılan şəxsin keçmiş polis əməkdaşı olduğu, 2008-ci ildən Daxili İşlər Nazirliyi orqanından oğurluğa görə xaric olunduğu bildirilib.

Qeyd edək ki, yanvarın 27-də Ulyanovskda 45 yaşlı kişi azərbaycanlı Hüseynovlar ailəsinin evinə "molotov kokteyli" atıb. Nəticədə evdə olan iki yaşlı körpə Ruslan Hüseynov üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR