Qərbi Avropada qədim müsəlman qəbirləri aşkar edilib

Qərbi Avropada qədim müsəlman qəbirləri aşkar edilib
# 25 fevral 2016 07:52 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Antropoloqlar Fransada orta əsrlərə aid müsəlman qəbrləri aşkarlayıblar.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, antropoloqlar Fransanın cənubundakı Nim şəhərində aşkar edilmiş, VIII əsrə aid olan 3 qəbrlə bağlı araşdırma aparıblar. Alimlər dəfnetmə praktikasını, genetik analizi araşdırıb, habelə dəfn edilənlərin cinsiyyətini və yaşını müəyyənləşdiriblər. Məlum olub ki, bütün şəxslər müsəlman adətləri əsasında dəfn edilib. Genetik analiz isə onların Şimali Afrikadan gəldiyini təsdiqləyir. Radiokarbon texnikasının (radiocarbon dating) köməyi il qəbrlərin VII-IX əsrlərə aid olduğu müəyyənləşib. Alimlər hesab edir ki, onlar Əməvilər sülaləsinə mənsub bərbərlər olub.

Qeyd edək ki, hazırkı tapıntı ərəblərin Qərbi Avropada mövcudluğuna dəlalət edən ilk sübutlardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR