Geodezi Alman Araşdırma Mərkəzinin nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

Geodezi Alman Araşdırma Mərkəzinin nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
# 24 may 2016 09:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində AMEA və Geodezi Alman Araşdırma Mərkəzi arasında ikitərəfli görüş keçirilib.

APA-nın məlumatına görə, AMEA Yer Elmləri bölməsi, Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, SOCAR, Almaniyanın Azərbaycandakı səfirliyinin və Geodezi Alman Araşdırma Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ərazisində seysmik riskin birgə öyrənilməsi istiqamətində ikitərəfli əməkdaşlıq və gələcək perspektivlərə dair məsələlər müzakirə edilib.

Mərkəzin direktoru Qurban Yetirmişli rəhbərlik etdiyi mərkəzin fəaliyyəti, seysmologiya elminin öyrənilməsi və inkişaf etdirilməsi istiqamətində məlumat verib, mərkəzin beynəlxalq əlaqələrindən danışıb.

Almaniyanın Azərbaycandakı səfirliyinin və Geodezi Alman Araşdırma Mərkəzinin nümayəndələri Kristin Bismut, Stefano Perolay, Kevin Fleming və Maykl Has təmsil etdikləri təşkilatların müvafiq elmi və təcrübi sahədəki fəaliyyətindən danışıb, kompleks tədbirlərin vacibliyini vurğulayıblar.

Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzinin ümumi fəaliyyət istiqaməti ilə bağlı təqdimat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR