Almaniyalı müşahidəçi: “Seçici fəallığı yüksəkdir”

Almaniyalı müşahidəçi: “Seçici fəallığı yüksəkdir”
# 01 noyabr 2015 16:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Müşahidəçilərdən hər hansı birinin problem müşahidə etdiyini görmədik”.

APA-nın xəbərinə görə, bu barədə Almaniyadan olan müşahidəçi Yurqen Heyke bildirib.

“5 il əvvəl Azərbaycanda seçkini müşahidə etmişdik. O zaman bizim rəsmilər və müşahidəçilər arasında problemlər yaşanmışdı. Amma bu dəfə biz müşahidəçilərdən hər hansı birinin problem müşahidə etdiyini görmədik. Hər şeyin qaydasında olduğu bildirildi”, - deyə almaniyalı müşahidəçi əlavə edib.

Y. Heyke seçici fəallığının yüksək olduğunu da bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR