Azərbaycanda yanar şistlərdən alternativ enerji resursları əldə edilməsi təklif olunur

Azərbaycanda yanar şistlərdən alternativ enerji resursları əldə edilməsi təklif olunur
# 04 fevral 2016 07:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanda yanar şistlərdən alternativ-yanacaq enerji resurslarının əldə edilməsi ilə bağlı layihə hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev APA-ya deyib ki, xarici ölkələrdə yanar şistlərdən neft, nadir elementləri əldə edilir: “Məsələn, Estoniyanın neft-qazı yoxdur. Orada uzun illərdir ki, şistlərdən qaz, Rusiyada isə şistlərdən gübrə alırlar. Çində yanar şistlərdən 45-ə qədər məhsul hazırlayırlar. Halbuki bizim yanar şistlərimizin keyfiyyəti Çindəkindən qat-qat yüksəkdir”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olduğu üçün hazırda buna o qədər də tələbat olmasa da, gələcəkdə ehtiyac yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR