“Səba” toyuqlarına nə yedizdirir?! - FOTOSESSİYA
17 sentyabr 2015 08:00 (UTC +04:00)
“Səba” öz toyuqları üçün yemlik qarğıdalı biçininə başlayıb. Bu il şirkət Ağcabədi və Beyləqan rayonları ərazisində 2000 hektar sahədə qarğıdalı becərib. Avqustun sonlarından başlayan biçin hazırda davam edir. İndiyədək 800 hektar ərazidən 11,3 min ton qarğıdalı biçilib. Bu da hər hektara 14,1 ton məhsuldarlıq deməkdir.
Şirkətdən verilən məlumata görə, bu il həm qarğıdalı sahələrinin ərazisi, həm də məhsuldarlıq ötən illərdən daha yüksəkdir. Ötən il 1500 hektar ərazidə əkilmiş qarğıdalıdan məhsuldarlıq 12 ton/hektar olub.
Artıq üçüncü ildir ki, Səba toyuqlarını özünün becərdiyi yemlə qidalandırır. Şirkətin öz yeminə üstünlük verməsinə səbəb həm xarici ölkələrdən idxal edilən GMO-lu (geni modifikasiya olunmuş) yemdən uzaq olmaq, həm də Azərbaycandan kənarda yayılan epidemiyalardan qorunmaqdır.
Qeyd edək ki, şirkət toyuqları üçün yemlik buğda biçinində də bu il yüksək məhsuldarlıq əldə edib.
Sosial
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024
FHN Xızıda kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO
13:35
4 may 2024