AMB Əmanətlərin Sığortalanması Fonduna 100 mln. manat köçürüb

AMB Əmanətlərin Sığortalanması Fonduna 100 mln. manat köçürüb
# 28 sentyabr 2016 10:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bank (AMB) lisenziyası ləğv olunan banklarda əmanətlərin qaytarılmasına görə Əmanətlərin Sığortalanması Fonduna indiyədək 100 mln. manat məbləğində vəsait verib.


"APA-Economics" xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.

Onun sözlərinə görə, bu vəsait 2 tranşla fondun hesabına köçürülüb: "Qorunan əmanətlərin qaytarılması üçün Əmanətlərin Sığortalanması Fonduna ilk tranşda 80 milyon manat, ikinci tranşda isə 20 milyon manat köçürülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR