Azərbaycanın ali məktəblərinə qəbul planı açıqlanıb

Azərbaycanın ali məktəblərinə qəbul planı açıqlanıb
# 13 may 2016 14:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə qəbul planı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya açıqlamasında deyib ki, növbəti tədris ili üçün qəbul planları təsdiq olunaraq TQDK-ya təqdim olunub.

Onun sözlərinə görə, qəbul aparılan yerlərin sayı 2015-ci illə müqayisədə magistratura üzrə 8%, rezidentura üzrə 0.2 %, orta ixtisas təhsili üzrə 8% artıb: “Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul planı “Magistr” jurnalının 4-cü sayında, ümumi orta təhsil üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul planı “Abituriyent” jurnalının 3-cü sayında dərc edilib. Ali məktəblərin bakalavriat və digər səviyyələr üzrə qəbul planları da çapa hazırlanır. Bu məlumatlar daha dəqiq “Abituriyent” jurnalının 4-cü sayında qeyd olunacaq”.

TQDK-nın şöbə müdiri bu il AMEA-nın magistraturalarına neçə nəfərin qəbul ediləcəyini də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 2015/2016-cı tədris ilindən qəbul aparılır: “2015-ci ildə 7 ixtisas üzrə 20 yer, bu il isə 19 ixtisas üzrə 63 yer ayrılıb. AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar 9 – 12 iyun tarixlərində elektron qeydiyyatdan, 13 – 14 iyun tarixlərində AMEA-da müsahibədən keçməlidirlər. Qəbul aparılan ixtisaslaşmalar, yerlərin sayı, müsahibənin keçirildiyi ünvanlar “Magistr” jurnalının 4-cü sayında verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR