Lənkəranda bir həftə əvvəl avtomobillə vurulan piyada ölüb

Lənkəranda bir həftə əvvəl avtomobillə vurulan piyada ölüb
# 30 dekabr 2019 13:11 (UTC +04:00)

Lənkəranda 6 gün əvvəl avtomobillə vurulan piyada ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, dekabrın 24-də Lənkəranın Xolmili kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Əflatun oğlu Əkbərov idarə etdiyi "Mercedes" markalı avtomobillə Viyən kənd sakini, 1962-ci il təvəllüdlü Ağasəlim Ağahüseyn oğlu Əhmədovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada 6 gün sonra orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR