2018-ci ildə beynəlxalq fəaliyyət sahəsinə 215,1 milyon manat ayrılacaq

2018-ci ildə beynəlxalq fəaliyyət sahəsinə 215,1 milyon manat ayrılacaq
# 20 oktyabr 2017 11:32 (UTC +04:00)

Gələn il büdcədən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri üçün 215,1 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrdə qeyd edilib.

Eyni zamanda, diplomatik xidmət orqanlarının, konsulluqların və təyin olunacaq ticarət nümayəndələrinin saxlanması, onların maddi texniki təminatının yaxşılaşdırılması üçün 115,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

2018-ci ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün 20 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR