"İpək Yolu Sığorta" ötən ili 3,4 mln. manatlıq mənfəətlə başa vurub

"İpək Yolu Sığorta" ötən ili 3,4 mln. manatlıq mənfəətlə başa vurub
# 23 fevral 2017 11:07 (UTC +04:00)

"İpək Yolu Sığorta" ASC ötən il aktivlərini artırıb.


"APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, "İpək Yolu Sığorta"nın məcmu aktivləri 2015-ci il ilə müqayisədə 23,44% artaraq 38 mln. 524,876 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 253,722 min manat, qısamüddətli aktivləri 38 mln. 271,154 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 63,7% artaraq 13 mln. 759,022 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 13 mln. 759,022 min manat, qısamüddətli öhdəlikləri isə 0 manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 14 mln. 770 min manat təşkil edib.

Şirkət ötən ili 3 mln. 440 min 417,75 manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR