Hərbi Akademiyada Almaniya ilə ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib

Hərbi Akademiyada Almaniya ilə ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib
# 29 mart 2017 09:44 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyi və Almaniya Müdafiə Nazirliyi arasında imzalanan plana uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib.

APA-nın MN-in saytıəna istinadən verdiyi məlumata görə, Almaniya Silahlı Qüvvələri Hərbi Akademiyasının hərbi strategiya məsələləri üzrə mütəxəssisi Klaus Hütker Hərbi Akademiyanın Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun dinləyiciləri qarşısında mühazirələrlə çıxış edib.

Mühazirələrdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi strategiya sahəsində çalışan mütəxəssislər ilə K. Hütker arasında ekspert qrupunun görüşü keçirilib və müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR