Göyçayda iki otaqlı ev yanıb, bir qadın yanıq xəsarəti alıb

Göyçayda iki otaqlı ev yanıb, bir qadın yanıq xəsarəti alıb
# 13 avqust 2015 17:35 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib, bir nəfər yanıq xəsarəti alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində rayonun Qarabağlar kəndində qeydə alınıb. Kənd sakini 1975-ci il təvəllüdlü Məmmədov Şamo Fərman oğluna məxsus ümumi sahəsi 48 kvadratmetr olan 2 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Məlumata görə mənzilin mətbəxində həcmi 5 litr olan məişət qaz balonunun alışması evdə yanğına səbəb olub. Hadisə zamanı ev içindəki məişət əşyaları ilə birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zaman ev sahibin həyat yoldaşı, 1981-ci il təvəllüdlü Əliyeva Elnarə Xudayar qızı yanıq xəsarətləri alaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR