Zaqatalada yeni avtovağzal istifadəyə verilib - VİDEO - FOTO

Zaqatalada yeni avtovağzal istifadəyə verilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 15 iyun 2015 15:20 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 15 İyun - Milli Qurtuluş Günü Zaqatala sakinlərinin yaddaşında həm də yeni avtovağzal binasının açılışı ilə yadda qalıb. Bu münasibətlə təşkil edilmiş açılış mərasimində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Nəqliyyat Nazirliyinin nümayəndəsi, müvafiq idarə və təşkilat nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tikintisinə 2013-cü ildə başlanılmış yeni avtovağzal Zaqatala şəhərindən 4 km aralıda, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun sol sahilində yerləşir. Yeni, müasir, işıqlı avtovağzal binasında sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 1 hektar, tikinti sahəsi 500 kvadratmetr olan avtovağzalın havalandırma sistemi ilə təchiz olunan gözləmə zalı, bilet satışı kassaları, dispetçer otağı, saxlama kamerası, ana-uşaq otaqları, sürücülərin istirahət otağı, ibadət otağı, kafe, həyətyanı sahədə avtoyuma və texniki müayinə mərkəzi var. Avtovağzal eyni anda 30-a yaxın müxtəlif tutumlu nəqliyyat vasitəsini qarşılamaq və yola salmaq imkanına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR