Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.
APA-nın xəbərinə görə, bu vəzifə DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərova həvalə edilib.
Bu barədə E. Kələntətov öz “Facebook” səhifəsində məlumat verib: “Bu xəbər işimə olan məsuliyyətimi daha da artırdı. Çalışacağam ki, Xidmət rəisi Vüsal Hüseynovun mənə göstərdiyi yüksək etimadı doğrulda bilim”.