Serbiya baş naziri Azərbaycan prezidentini təbrik edib

Serbiya baş naziri Azərbaycan prezidentini təbrik edib
# 19 oktyabr 2016 16:57 (UTC +04:00)

Bakı – APA. Serbiya hökumətinin sədri Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, onun məktubunda deyilir:

“Hörmətli cənab prezident. Dövlət bayramınız-Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Serbiya Respublikasının hökuməti adından və şəxsən öz adımdan sizə səmimi təbriklərimi, ölkənizə və dost Azərbaycan xalqına hərtərəfli tərəqqi arzularımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasında ənənəvi yaxşı münasibətlər və əməkdaşlıq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran strateji əlaqələrin və tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaq. Cənab prezident, sizə olan çox dərin ehtiramımı qəbul edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR