Kiyevdə GUAM ölkələrinin baş nazirlərinin görüşü keçirilə bilər

Kiyevdə GUAM ölkələrinin baş nazirlərinin görüşü keçirilə bilər
# 08 noyabr 2016 08:31 (UTC +04:00)

Ukrayna baş naziri Vladimir Qroysman Kiyevdə GUAM ölkələrinin baş nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

APA-nın məlumatına görə, bunu GUAM-ın baş katibi Altay Əfəndiyev “GUAM və Vişeqrad qrupu: əməkdaşlıq üçün imkanlar və məhdudiyyətlər” adlı dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, görüşün əsas mövzusu nəqliyyat dəhlizinin reallaşdırılması və ölkələrimiz arasında yeni azad ticarət zonasının yaradılması ilə bağlı prosedurların yekunlaşması olacaq: “Bununla yanaşı biz biznes forum keçirməyi də nəzərdə tuturuq. Bura bütün əsas agentliklər dəvət olunacaq. Görüşə Qazaxıstan baş naziri də dəvət olunacaq və bununla da biz “GUAM+”u gerçəkləşdirmiş olacağıq. Bunun məntiqi səbəbi var. Bütün məhsullar Ukraynadan Şərqə və Orta Asiya ölkələrinə daşınmalıdır. Həm Avropa, həm də Çin bunda maraqlıdır. Əgər biz birgə səylər nəticəsində bu layihəni funksional, rəqabətə davamlı edə bilsək, bu, qeyri-stabil zonada sabitliyə və təhlükəsiz iqtisadi əməkdaşlığa töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR