Belarus idmançısı: “Təşkilatçılıq yüksək səviyyədədir”

Belarus idmançısı: “Təşkilatçılıq yüksək səviyyədədir”
# 17 iyun 2015 06:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakı-2015 ilk Avropa Oyunlarının 4-cü yarış günündə bürünc medal qazanan belaruslu qadın güləşçi Veronika İvanova yerli CTV kanalına müsahibə verib. APA-nın məlumatına görə, müsahibəsi zamanı o, çıxışı və təşkilatçılıq barədə təəssüratlarını bölüşüb.

60 kq çəki dərəcəsində olan idmançı Bakının bu mötəbər idman yarışına yüksək səviyyədə ev sahiblik etdiyini vurğulayıb: “Bizə dəstək olan və alqışlayan hər kəsə təşəkkürümü bildirirəm. Təşkilatçılığa görə minnətdaram. Hər şey yüksək səviyyədədir. Bacarığımızı nümayiş etdirmək üçün gözəl imkan idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR