Şirvanda aksiz markası olmayan dərmanlar aşkarlanıb

Şirvanda aksiz markası olmayan dərmanlar aşkarlanıb
# 20 oktyabr 2016 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şirvanda aksiz markası olmayan xeyli sayda dərman preparatı aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı aksiz markası olmayan 171 qutu dərman preparatı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR