Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 14%-dən çox azalıb

Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 14%-dən çox azalıb
# 04 may 2018 15:58 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2018-ci ilin aprelin 1-nə 11 mlrd. 663,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3 mlrd. 869,8 mln. manat və ya 24,91% azdır.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də ev təsərrüfatlarının payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 mlrd. 635,1 mln. manat və ya ümumi həcminin 39,7%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 758,2 mln. manat və ya 14,06% azalıb, martda isə 59,8 mln. manat və ya 1,31% artıb.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 17,2%-lik payla “Ticarət və xidmət”, 8,5%-lik payla nəqliyyat və rabitə, 5,6%-lik payla sənaye və istehsal, 4,5%-lik payla “İnşaat və əmlak”, 3,9%-lik payla kənd təsərrüfatı və emal, 2,7%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR