"Biz Dağlıq Qarabağ, Donbas və bir çox münaqişələrin kökünə baxanda qəmgin cavabla rastlaşırıq".
APA-nın xəbərinə görə, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib. O bildirib ki, bu gün Avropa institutları və BMT-nin simasında elə bir mexanizm yoxdur ki, bu problemləri həll edə bilsin: "26 ildir ki, Dağlıq Qarabağda yaşanan şəri şər adlandıra bilmirik. Bu məsələlərə fərqli yanaşmalar sərgilədiyimiz üçün bunlar həllini tapmır. Başa düşməliyik ki, konflikti dayandırmağın yolu həmrəy olmağımızdır".
V. Yuşşenko Rusiyanı imperiya və zəngin dövlət adlandırmağın mümkün olmadığını söyləyib: "Dünya üzrə Ümumi Daxili Məhsulun 2 faizinə sahibdirsə, o, heç vaxt hegemon ola bilməz. Düzdür, balaca dövlət deyil, amma imperiya olacaq ölkə də deyil".
Yuşşenko: "Rusiya hegemon güc ola bilməz"
15 mart 2018 12:52 (UTC +04:00)
Xarici siyasət
Britaniya səfiri Naxçıvana səfər edib - FOTO
12:52
28 aprel 2024
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024