Azərbaycan açıq dənizə çıxışı olmayan ölkələrin Beynəlxalq Beyin Mərkəzinə qoşulacaq

Azərbaycan açıq dənizə çıxışı olmayan ölkələrin Beynəlxalq Beyin Mərkəzinə qoşulacaq
# 23 fevral 2017 14:00 (UTC +04:00)

aAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnfromasiya Texnologiyaları İnstitutunda açıq dənizə çıxışı olmayan və inkişafda olan ölkələrin Beynəlxalq Beyin Mərkəzinin nümayəndələri Sansar Sosorbaram və Barney Tan ilə görüş keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, görüşdə əsas məqsəd açıq dənizə çıxışı olmayan və inkişafda olan ölkələrin Beynəlxalq Beyin Mərkəzinə üzv ölkələr arasında İKT-nin inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi, seminar və konfransların təşkil olunması ilə bağlı müzakirələrin aparılması idi.

Açıq dənizə çıxışı olmayan və inkişafda olan ölkələrin Beynəlxalq Beyin Mərkəzinin yaradılması təşəbbüsü Monqolustan prezidenti tərəfindən irəli sürülüb. BMT-nin də dəstəklədiyi bu layihə Azərbaycan da daxil olmaqla açıq dənizə çıxışı olmayan 32 ölkə arasında Sazişin imzalanmasını nəzərdə tutur. Məqsəd bu ölkələri bir araya gətirərək tranzitin asanlaşdırılması, kasıblığın azaldılması və ticari münasibətlərin sadələşdirilməsi ilə bağlı problemlərin həlli ətrafında birləşdirməkdir. Bu qurumun fəaliyyətə başlaması üçün ən azı 10 ölkənin ratifikasiyasının tələb olunur. Hazırda Azərbaycan hökuməti ilə də bu layihədə iştirakla bağlı danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR