Siyavuş Novruzov: "Bunu bütövlükdə Almaniya dövləti eləmir, oradakı bəzi dairələr edir”

Siyavuş Novruzov: "Bunu bütövlükdə Almaniya dövləti eləmir, oradakı bəzi dairələr edir”
# 23 iyun 2015 14:03 (UTC +04:00)

“Almaniya artıq Avropa İttifaqı ölkələrinə öz iradəsini diktə etməklə məşğuldur. Buda xüsusilə Almaniyanın həm NATO-da, həm də Avropa İttifaqında olan gücü ilə əlaqədardır. Bunun da nəticəsi olaraq Almaniya ayrı-ayrı yeni müstəqillik əldə edən dövlətlərə qarşı da öz maraqlarını yeridən kampaniya aparır”.

Bunu APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O xatırladaraq qeyd edib ki, bu yaxınlarda Misir ilə 6 milyardlıq müqavilənin maraqları hesabına “Əlcəzirə” telekanalının müxbirini həbs edən Almaniya dünya ictimaiyyətinin təzyiqi altında o jurnalisti azad edib: “Artıq Almaniyanın prinsiplərində demokratiya, insan haqları, azad fikir yox, sırf maraq prinsipləri dayanır. Xüsusilə də son vaxtlar dünyada enerji təhlükəsizliyi məsələsi ortaya çıxdığı üçün Almaniya daha sərtləşib və istəyir Avropada ən aparıcı rol ona məxsus olsun, enerji ixracatının Avropaya gəlib çatması yollarını yalnız o özü müəyyən etsin. Bu baxımdan da müxtəlif maraqların toqquşması nəticəsində də Azərbaycana qarşı da müxtəlif alman qəzetlərində, dairələrində, o cümlədən Bundenstagda təmsil olunan bəzi partiyalar qarayaxma mövqeyi tutublar. Təbii ki, bundan erməni lobbisi də bəhrələnir və güc verir. Qeyri-obyektiv olaraq Azərbaycan haqqında rəy formalaşdırırlar. Təbii ki bunu bütövlükdə Almaniya dövləti eləmir, oradakı bəzi dairələr edir”.

Politoloq Qabil Hüseynli isə deyib ki, Almaniyanın qəflətən Azərbaycana qarşı belə bir mövqeyə keçməsi təəccüblüdür: “Düzdür, “Evrovision” mahnı müsabiqəsi Bakıda keçiriləndə də belə bir kampaniya oldu, amma indi bunun belə çox çeşidli və güclü olması təəccüblüdür. Belə təəssürat yaranır ki, Avropa İttifaqının lokamativi olan Almaniya Azərbaycanı bilavasitə öz təsir dairəsində görmək istəyir. Azərbaycanı müstəqil dövlət kimi yox, Avropa İttifaqının təsiri ilə hərəkət edən dövlət kimi görmək istəyir. Azərbaycan isə müstəqildir və başqa dövlətlər ilə münasibətlərini də qarşılıqlı maraqlar çərçivəsində qurur. Görünür Almaniyaya da belə Azərbaycan yox, başqa cür Azərbaycan lazımdır. Azərbaycanın müstəqil addımları Almaniyanın artıq xoşuna gəlmir”.

Q. Hüseynli deyib ki, məhz bu amillər səbəb ola bilər ki. Almaniyada mətbuat səhifələrində Azərbaycana qarşı belə “hücumlar” təşkil olunub. Onun sözlərinə görə, buna baxmayaraq Almaniyanın bu hərəkəti qəti şəkildə Avropa İttifaqının maraqları ilə üst-üstə düşmür: “Çünki Avropa İttifaqı Azərbaycanı özünün enerji təchizatında mühüm məntəqələrdən biri kimi görür. Hətta Rusiyanın qaz diktəsi siyasətindən bezdiyini açıq şəkildə biruzə verərək, Azərbaycanın timsalında enerji təchiztçısı tapmaqda maraqlı olduğunu bildirir. Ona görə də Almaniyanın Azərbaycana qarşı azğın kampaniya aparmasının Avropa Birliyinin bi niyyəti fonunda başa düşülən deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR