Neftçalada motosiklet aşıb, 2 nəfər xəsarət alıb

Neftçalada motosiklet aşıb, 2 nəfər xəsarət alıb
# 12 aprel 2017 17:57 (UTC +04:00)

Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Aşağı Surra kəndindən keçən hissəsində motosiklet yoldan çıxaraq aşıb.

Nəticədə Salyan rayonunun Babazanlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Qocayev Natiq Cahangir oğlu ağır kəllə-beyin travması və 1976-cı il təvəllüdlü Salamzadə Mehdi Gündüz oğlu kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR