“Aqrarkredit” nizamnamə kapitalını kəskin artırır

“Aqrarkredit” nizamnamə kapitalını kəskin artırır
# 01 sentyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının nominal dəyəri 0,67 manat olan 18 909 688 ədəd adi adlı səhmlərin buraxılışı dövlət qeydiyyatına alınıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, səhmlər “Aqrarkredit” QSC-nin nominal dəyəri 1 manat olan 196 672 ədəd adi adlı səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Yerləşdirmə baş tutduqdan sonra BOKT-un nizamnamə kapitalı 12 mln. 699 min 490,96 manat təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR