Biləsuvarda 4 yaşlı uşaq yanaraq ölüb

Biləsuvarda 4 yaşlı uşaq yanaraq ölüb
# 07 aprel 2017 02:53 (UTC +04:00)

Biləsuvar rayonunda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR