Mərkəz: Ötən rüb 274 mln. dollar məbləğində qeyri-neft məhsulu ixrac olunub

Mərkəz: Ötən rüb 274 mln. dollar məbləğində qeyri-neft məhsulu ixrac olunub
# 11 aprel 2017 12:54 (UTC +04:00)

“Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracın artırılması ilə bağlı görülən tədbirlər nəticəsini verməkdədir. 2017-ci ilin I rübündə ölkəmizdə həyata keçirilən ixrac əməliyyatları da bunu təsdiqləyir. Belə ki, I rüb ərzində 273 mln. 554 min ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2017-ci ilin I rübü üzrə “İxrac icmalı”nda qeyd olunub.

Məlumata görə, bu 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 28 mln. 805,6 min ABŞ dolları və ya 11,8 faiz çoxdur.

İxrac olunan əsas mallar kimya sənayesi məhsulları, fındıq, pambıq lifi, təzə və ya soyudulmuş tomat, şəkər, alüminium, xurma, almadır. Qeyri-neft məhsulların ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan və İsveçrə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR