Xırdalanda xilasetmə əməliyyatı başa çatıb - FOTO - VİDEO

Xırdalanda xilasetmə əməliyyatı başa çatıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2014 01:27 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Xırdalanda dağıntılar altından çıxarılanların sayı 12-yə çatıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, beləliklə xilasetmə işləri yekunlaşıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri saatlarla davam edən axtarış əməliyyatları nəticəsində 2006-ci il təvəllüdlü Aydan Abbasovanın cəsədini dağıntılar arasından çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.

Beləliklə, partlayış baş verən binada ölənlərin sayı 3-ə çatıb. 9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, avqustun 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR