QAT aclıq aksiyasını dayandırıb - FOTO

QAT aclıq aksiyasını dayandırıb - <span style="color: red;">FOTO
# 20 noyabr 2014 10:55 (UTC +04:00)

Təşkilatdan APA-ya verilən məlumata görə, QAT İdarə Heyəti bu barədə qərar qəbul edib. Qərar qəbul olunarkən aksiya iştirakçılarının səhhətində yaranmış problemlər, həkimlərin məsləhəti, həmçinin aksiyanın kifayət qədər rezonans doğurması nəzərə alınıb. Bildirilir ki, yeddi gün ərzində aksiyaya geniş dəstək verilib, girovların məsələsi kifayət qədər ictimailəşdirilib, hakimiyyətin və beynəlxalq təşkilatların fəaliyyətində müəyyən irəliləyişlər hiss olunub.

QAT rəhbərliyi aclıq aksiyasının iştirakçıları ilə birlikdə bu gün 20 noyabr terror aktı qurbanlarının məzarlarını da ziyarət edib, məzarların üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

QAT 20 noyabr terror aktı nəticəsində helikopterdə həlak olmuş insanlarla bağlı Milli Məclisə müraciət edib. Müraciətdə həlak olanların xatirəsinin əbədiləşdirilməsi, onlara şəhid statusunun verilməsi barədə tələblər öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR