Avropa Yenidənqurma və İnkişaf Bank Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozunu dəyişib

Avropa Yenidənqurma və İnkişaf Bank Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozunu dəyişib
# 18 sentyabr 2014 09:49 (UTC +04:00)

Bakı – APA-Economics. Avropa Yenidənqurma v İnkişaf bankının proqnozlarına görə, 214-cü ildə Azərbaycanda ÜDM-in artımı 3% təşkil edəcək.

APA-Economics”in məlumatına görə, bu barədə AYİB-in saytında yer alan məlumatda bildirilir.

“Neftin hasilatının azalması Azərbaycanda iqtisadi artım tempini ləngidəcək”, - deyə məlumatda bildirilir.

Bununla belə, AYİB Azərbaycanda ÜDM-in artımı ilə bağlı (3,5%) proqnozunu qoruyub.

Qeyd edək ki, cari ilin may ayında açıqladığı rəqəmlərə əsasən, AYİB Azərbaycanda ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırıb.

Onu da əlavə edək ki, Azərbaycan hökumətinin proqnozlarına görə, ölkədə ÜDM-in artımı 3,4% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR