XİN Təbrizdə mehmanxanada özünü asan şəxsin Azərbaycan vətəndaşı olduğunu təsdiqləyib

XİN Təbrizdə mehmanxanada özünü asan şəxsin Azərbaycan vətəndaşı olduğunu təsdiqləyib
# 07 iyul 2015 14:32 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumata görə, XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu İranın aidiyyəti orqanları ilə əlaqə saxlayıb və bu şəxsin 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həşimov Ədalət Həsən oğlu olduğu bildirilib: “Hazırda Təbriz şəhərinə gəlmiş mərhumun yaxın qohumlarına lazımı dəstək və konsulluq yardımı göstərərək, Baş Konsulluq meyitə baxışın keçirilməsi, eləcə də mərhumun cənazəsinin mümkün olan ən qısa müddət ərzində Azərbaycana göndərilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir”.

Xatırladaq ki, ötən gün Təbriz şəhərində yerləşən “Cahannamə” mehmanxanasında bir nəfərin meyitinin asılmış vəziyyətdə tapıldığı, həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR