Polis qanunsuz silah gəzdirən şəxsi saxlayıb - APA TV

Polis qanunsuz silah gəzdirən şəxsi saxlayıb  - <span style="color: red;">APA TV
# 27 mart 2013 16:45 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları onu Masazır qəsəbəsində “Naqan” tipli tapança ilə şübhəli şəxs qismində saxlayıblar.

Lakin Bəhruz Kazımov nədənsə özünün dediyi kimi, təsadüfən tapdığı silahı polis orqanlarına təhvil verməyə tələsməyib, naqanı 3 aydan çox dəyərli qənimət kimi üzərində gəzdirirmiş.

Polis bölməsindən APA TV-yə bildirdilər ki, silah istifadəyə yararlılıq dərəcəsinin yoxlanılması üçün ekspertizaya göndərilib.

Faktla bağlı qanunsuz odlu silah gəzdirmə maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR